İSTİFADƏ ŞƏRTLƏRİ

ÖDƏNİŞ XİDMƏTLƏRİNDƏN İSTİFADƏYƏ DAİR MÜQAVİLƏ


Vaxtaşırı düzəliş edilə bilən və Sistemdən istifadə şərtlərini ehtiva edən bu Ödəniş Xidmətlərindən İstifadəyə dair Müqavilə (Razılaşma) “Qoldenpey” ASC ilə İstifadəçi arasında bağlanılır. Bundan sonra “Qoldenpey” ASC və İstifadəçi ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırılacaq.

İstifadəçi qeydiyyatı tamamlamadan öncə bu Müqaviləni təsdiqləmək üçün İstifadə şərtləri ilə tanış oldum və qəbul edirəm hissəsini işarələməklə Müqavilənin bağlanılması üçün öz iradə ifadəsini bildirir bu Müqaviləni şəxsi imza, elektron imza və/və ya Şəxsi imzanın başqa analoqundan istifadə etmək yolu ilə imzalamaqla bağlaya (təsdiq edə) bilər. Bununla da hazırkı müqavilə imzalanmış hesab edilir.

Şirkət haqqında məlumat Adı: “Qoldenpey” Açıq Səmdar Cəmiyyəti (Şirkət)
Hüquqi Ünvanı: AZ1015, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 5, mənzil 124 Ünvan: AZ1025; Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küç 27a, Park Azure, 2-ci mərtəbə
Verilmiş lisenziyanın tarixi, nömrəsi və lisenziya verən qurumun adı:
17 iyul 2024-cü il Lisenziyanın qeydiyyat № EPT-009 Azərbaycan Respublikasının Mərkəzi Bankı

Elektron poçt ünvanı: [email protected]

Telefon nömrəsi: *0713

1. ƏSAS ANLAYIŞLAR


Bu İstifadə Şərtlərinin məzmununda istifadə olunan terminlər aşağıdakı mənaları daşıyır:
“Hesab” – İstifadəçinin Sistem vasitəsilə xidmətlərdən istifadə hüququnu verən hesab deməkdir;
Şəxsi imzanın başqa analoqu – Müqavilələrin, sənədlərin, əlavələrin, razılaşmaların imzalanması üçün istifadə olunan kodlar, parollar, habelə mobil tətbiq, elektron sistem, rabitə və/və ya elektron vasitələrlə sənədlərin və ya digər verilənlərin mübadiləsi və sənədin bir Tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə, eləcə də imza sahibini identikləşdirməyə (eyniləşdirməyə) imkan verən digər vasitələr (Şifrə, birdəfəlik şifrə, SMS, bir kliklə təsdiq, gücləndirilmiş müştəri autentifikasiyası, o cümlədən suallar toplusu, üz tanınması, səs tanınması, barmaq izi və s.).
Autentifikasiya – Şirkətə İstifadəçinin kimliyini və ya ödəniş alətinin, o cümlədən İstifadəçinin fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının istifadəsinin etibarlılığını yoxlamağa imkan verən prosedur;
Avtorizə etmə – ödəniş əməliyyatının icra edilməsi üçün İstifadəçinin Şirkət-ə verdiyi razılıq;
Birbaşa debitləşmə – İstifadəçinin vəsait alana, vəsait alanın və ya İstifadəçinin Şirkət-ə əvvəlcədən verdiyi razılığa əsasən vəsait alanın ödəniş sərəncamına əsaslanan İstifadəçinin ödəniş hesabının debitləşdirilməsi üçün istifadə olunan ödəniş aləti;
Bloklaşdırma – bu Müqavilə, qanunvericilik və ya Şirkətin daxili qaydalarında nəzərdə tutulan hallarda ödəniş hesabına girişin məhdudlaşdırılması və ya ödəniş əməliyyatlarının həyata keçirilməsinin tam və ya qismən dayandırılması;
Sistem – bütün mülkiyyət və əqli-mülkiyyət hüquqları Şirkətə və törəmə cəmiyyətlərə (və ya onlar tərəfindən idarə edilən) məxsus olan, İstifadəçinin cihaz vasitəsilə qoşularaq ödəniş xidmətlərindən yararlandığı mobil tətbiq və ya internet saytı
Elektron pul – qəbul edilən pul vəsaiti məbləğində Şirkət tərəfindən İstifadəçinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən və üçüncü şəxslər tərəfindən ödəniş üçün qəbul edilən ödəniş aləti;
Elektron cüzdan - Elektron pulların və digər ödəniş alətlərinin saxlanılmasına və ödəniş əməliyyatlarının həyata keçirilməsinə imkan verən rəqəmsal vasitə;
Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları – autentifikasiya məqsədilə Şirkət tərəfindən İstifadəçiyə təqdim edilən fərdiləşdirilmiş məlumatlar;
Gücləndirilmiş Müştəri autentifikasiyası (GMA) – autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız İstifadəçinin bildiyi (şifrə, pin, suallar toplusu və s.), İstifadəçiyə məxsus olan (üz tanınması, səs tanınması, barmaq izi və s.) və İstifadəçinin sahib olduğu elementlərdən (telefon, OTP, TOTP, elektron imza və s.) iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya;
İstifadəçi –Sistemvasitəsilə göstərilən ödəniş xidmətlərindən istifadə edən Azərbaycan Respublikasının vətəndaşı olan rezident fiziki şəxs. Fiziki şəxs bu Müqaviləni təsdiq etmək üçün sistemdə qeydiyyatını tamamlandırdığı andan etibarən İstifadəçi hesab edilir;
Kredit köçürməsi – Şirkət tərəfindən vəsaitin köçürülməsi məqsədilə istifadə olunan, İstifadəçinin ödəniş sərəncamına əsaslanan ödəniş aləti;
Məxfilik siyasəti –Şirkət tərəfindən sistemdə dərc edilən və Şirkətin İstifadəçinin məlumatlarını necə işlədiyini göstərən məxfilik bildirişi;
Müqavilə - Şirkət və İstifadəçi arasında bağlanan, İstifadə şərtlərini müəyyənləşdirən və ödəniş xidmətlərindən yararlanmağa imkan verən hazırkı Müqavilə;
Nəzarət orqanı – Azərbaycan Respublikasnın Mərkəzi Bankı;
Ödəniş əməliyyatı – İstifadəçi və vəsait alan digər İstifadəçi arasında öhdəliyin mövcud olub-olmamasından asılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi;
Ödəniş əməliyyatını aparmaqdan imtina - istənilən tərəfin ödəniş əməliyyatını, məsələn, pul vəsaitlərinin köçürülməsi, ödəniş hesabına mədaxil edilməsi, balansda olan pul vəsaitlərinin geri qaytarılması və digər əməliyyatları aparmaqdan imtina etməsi deməkdir;
Ödəniş hesabı – Sistem vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün Şirkətin İstifadəçiyə açdığı hesab;
Ödəniş sərəncamı - ödəniş əməliyyatının icrası üçün İstifadəçi tərəfindən Şirkət-ə Sistem vasitəsilə və ya kağız daşıyıcıda verilən verilən tapşırıq; Ödəyici – ödəniş əməliyyatının həyata keçirilməsi məqsədilə ödəniş xidməti təchizatçısına ödəniş sərəncamını verən şəxs;
Qanunvericilik – Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq sahəni tənzimləyən normativ xarakterli aktları.
Vasitəçi - ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən Şirkət və ya digər ödəniş xidməti təchizatçısı;
Ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti – ödəniş xidməti istifadəçisinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi xidməti.
“Şifrə” İstifadəçinin Xidmətlərdən istifadə etmək üçün özünü eyniləşdirmək üçün seçdiyi məxfi rəqəmlər və/və ya hərflər kombinasiyası deməkdir.
“Şirkət” 13/07/2007 tarixində Vergilər Nazirliyində qeydiyyatdan keçirilmiş (VÖEN: 2001049531) hazırda “Qoldenpey” ASC kimi fəaliyyət göstərən, həmçinin onun istənilən törəmə şirkətləri və/və ya filialları deməkdir; Texniki (icazə verilməmiş) overdraft -Tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, ödəniş xidməti istifadəçisinin Şirkət tərəfindən İstifadəçi üçün açılmış hesab vasitəsi ilə hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat(lar)ın aparılmasıdır

2. ÜMÜMİ MÜDDƏALAR


2.1. Tərəflər bu İstifadə Şərtləri və Qaydalarında qeyd olunan şərtlərin Tərəflər arasında razılaşdırılmış Müqavilə kimi qiymətləndirməklə bu əqddən (oferta təklifindən) irəli gələn bütün hüquq və öhdəliklərə əməl edəcəyini bəyan edir.
2.2. İstifadə Şərtlərinə uyğun olaraq Müqavilə bağlayarkən, İstifadəçi həmçinin təsdiq edir ki:
2.2.1. Qeyd olunan şərtlərlə tanış olmuş, burada qeyd olunan bütün müddəalarla qeyd-şərtsiz razıdır və imperativ qaydada onlara riayət etməyi öz öhdəsinə götürür,
2.2.2. Yetkinlik yaşına çatmışdır, yetkinlik yaşına çatmadığı təqdirdə isə qanuni nümayəndələrindən qanunvericiliyə müvafiq qaydada Sistemdən istifadə etmək üçün razılıq almışdır. Həmçinin, onun fəaliyyət qabiliyyəti məhdud deyil, qəyyumluq, zaminlik, eləcə də himayəçilik altında deyil, sağlamlıq vəziyyətinə görə müstəqil şəkildə öz hüquqlarını həyata keçirə və müdafiə edə, vəzifələrini yerinə yetirə bilər, bağlanmış Müqavilənin və onun bağlanması şərtlərinin mahiyyətini dərk etməyə mane ola biləcək xəstəliklərdən əziyyət çəkmir.

3. MÜQAVİLƏNİN PREDMETİ

3.1. Bu Müqavilənin predmeti: İstifadəçi Sistemdəqeydiyyatı, hesabının açılması, ödəniş xidmətlərindən və Şirkət tərəfindən göstərilən digər xidmətlərdən istifadə zamanı Şirkət ilə İstifadəçi arasında yaranan münasibətlərin əsas şərtlərini müəyyən edir. Şirkət İstifadəçiyə Sistem vasitəsilə ödəniş xidmətlərindən istifadə imkanları yaradır.
3.2. İstifadəçi aşağıdakı ödəniş xidmətlərindən istifadə edə bilər:
  • ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
  • kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
  • ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;
  • pul köçürməsi;
  • elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası;
  • hesab üzrə məlumat xidməti;
  • valyuta mübadiləsi;
  • qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində kreditlərin verilməsi;
  • İstifadəçi ilə razılaşdırılmış və qanunvericiliyə zidd olmayan digər xidmətlər.

3.3. Qeyd olunan xidmətlərin siyahısı birtərəfli qaydada Şirkət tərəfindən dəyişdirilə (azaldıla və ya artırıla) bilər. Təklif edilən xidmətlərin siyahısı İstifadəçinin eyniləşdirmə (KYC) prosedurundan keçməsindən və qanunvericiliklə nəzərdə tutulmuş Gücləndirilmiş Müştəri Autentifikasının (bundan sonra – GMA) tətbiq edilməsindən asılıdır.
3.4. Bu Müqavilədə nəzərdə tutulmuş xidmətlərdən istifadə ilə bağlı İstifadəçi ilə Şirkət arasında münasibətlər, bu Müqavilədən başqa normativ hüquqi aktlar, tərəflər arasında bağlanılmış digər müqavilə(lər) ilə tənzimlənir.

4. İSTİFADƏÇİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ


4.1. Sistemin təklif etdiyi Xidmətlərdən yararlanmaq istəyən fiziki şəxslər Qanunvericilik çərçivəsində və Şirkət tərəfindən müəyyən edilən minimum şərtləri ödəməklə Sistem vasitəsilə hesab açmalıdırlar. Hesabın açılması mərhələsini tamamlamış fiziki şəxslər bu Müqavilə çərçivəsində İstifadəçi hesab edilir.
4.2. Şirkət tərəfindən İstifadəçiyə Xidmətləri təqdim etməsi üçün İstifadəçi tərəfindən sistemə daxil edilən Şəxsi Məlumatlar və Əlaqə Məlumatı İstifadəçinin özü tərəfindən doldurulmalıdır. Bu Müqavilə etibarnamə vasitəsilə bağlana bilməz. İstifadəçi, faydalanmaq istədiyi Xidmətlərin müvafiq sahələrinə məlumatları əl ilə daxil etməklə yalnız İstifadəçiyə məlum ola biləcək məlumatları və sənədləri Sistem vasitəsilə təqdim etməlidir. Şirkət təqdim olunan məlumatların və sənədlərin düzgünlüyünü təsdiq etdikdən sonra İstifadəçiyə xidmət göstərməyə başlaya bilər. Qanunvericilikdə nəzərdə tutulan hallarda xidmətlərin göstərilməsinə başlanılması üçün GMA tətbiq edilir.
4.3. İstifadəçi hesabın açılması zamanı təqdim olunan şəxsiyyət vəsiqəsi məlumatlarının və əlaqə məlumatlarının düzgünlüyünə görə məsuliyyət daşıyır. Şirkət daxili nəzarət və komplayens fəaliyyətləri çərçivəsində həyata keçirilən yoxlamar zamanı İstifadəçinin şəxsi və yaxud digər məlumatlarında uyğunsuzluq aşkar edilərsə və ya bu məlumatların səlahiyyəti olmayan şəxs tərəfindən qeyd olunduğu şübhəsi yaranarsa İstifadəçinin şəxsiyyət vəsiqəsi məlumatlarının təsdiq edilməsi tələb oluna bilər. Bu halda İstifadəçi Şəxsiyyət Vəsiqəsi Məlumatlarının və/və ya Əlaqə Məlumatının düzgünlüyünü təsdiq etmək üçün Şirkət tərəfindən tələb olunan hər cür məlumat və sənədləri təqdim etməyə borcludur.
4.4. İstifadəçi Şirkətin təklif etdiyi hər hansı Xidmətlərdən faydalanarkən başqasının adından hərəkət etmədiyini və Müqavilənin qüvvədə olduğu müddət ərzində başqasının adından hərəkət etməyəcəyini qəbul edir, bəyan edir və öhdəlik götürür. Buna görə İstifadəçi heç bir halda Sistemə daxil olmaq və Xidmətlərdən yararlanmaq üçün təyin etdiyi şifrəvə digər giriş məlumatlarını üçüncü şəxslərlə paylaşmamalı və üçüncü şəxslərə onun adından istifadə etməklə əməliyyatlar aparmasına icazə verməməlidir.
4.5. İstifadəçi Sistemvasitəsilə təqdim edilən xidmətlərdən qeyri-qanuni məqsədlər üçün, o cümlədən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi məqsədilə hərəkət və əməliyyatların həyata keçirilməsi üçün istifadə etməyəcəyinə zəmanət verir. İstifadəçi qanunvericiliklə tələb olunmayan hallarda şəxsiyyətin müəyyən edilməsi üçün zəruri məlumat və sənədləri təqdim etmədən və şəxsiyyətin təsdiqi üçün zəruri addımları atmadan yalnız Sistem vasitəsilə icazə verilən və qanunvericiliklə müəyyən edilmiş limitə uyğun olaraq mal və ya xidmətlərin satın alınması üçün ödəniş xidmətlərindən istifadə edəcəyini qəbul edir.
4.6. İstifadəçi Şirkətin bu Müqavilənin 5.2-ci bəndi nəzərə alınmaqla üçüncü şəxslərin məsuliyyət daşıdığı iş və əməliyyatlara görə yarana biləcək hər hansı mübahisədə tərəf olmadığını və buna görə Şirkətə qarşı heç bir iddia irəli sürə bilməyəcəyini bilir və qəbul edir.
4.7. İstifadəçi ödəniş alətinin itirilməsini, oğurlanmasını və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunmasını müəyyən etdikdə Şirkəti dərhal məlumatlandırmalıdır.
4.8. İstifadəçi müvafiq Xidmətlər üçün nəzərdə tutulmuş şərtlərə əməl etmək və həmin Xidmətlərə görə haqq alınması nəzərdə tutulduqda haqqı ödəmək şərti ilə Şirkət tərəfindən təklif olunan Xidmətlərdən yararlana bilər.
4.9. İstifadəçi istənilən vaxt Sistem vasitəsilə bu Müqavilədəki məlumat və şərtlərlə tanış olmaq hüququna malikdir.
4.10. İstifadəçi Şirkətin əvvəlcədən yazılı icazəsi olmadan Şirkətə məxsus hər hansı ticarət nişanını, əqli və ya sənaye mülkiyyətini kopyalaya, təqlid edə və ya istifadə edə bilməz.
4.11. Şirkət İstifadəçini məsafədən autentifikasiya etmək üçün ona fərdiləşdirilmiş təhlükəsizlik məlumatları təqdim edir. İstifadəçi həmin məlumatları təhlükəsiz saxlamalıdır.
4.12. İstifadəçi Elektron cüzdanda Elektron Pul və digər ödəniş alətlərini saxlaya bilər.
4.13. İstifadəçi “https” ilə başlayan Vahid Resurs Lokatorunun (URL) mövcudluğunu yoxlayaraq, veb-səhifənin təhlükəsizliyindən və internet-brauzerin statusunda qorunan bağlantı işarəsi əks olunmasından əmin olmalıdır;
4.14. İstifadəçi Veb-səhifənin URL-ni hər zaman bilavasitə internet-brauzerə daxil etməlidir. Başqa istiqamətə yönəlməkdən və digər etibarlı olmayan səhifələrə keçid etməkdən çəkinməlidir;
4.15. İstifadəçi Qanunvericilikdə və bu Müqavilənin digər müddəalarında nəzərdə tutulmuş vəzifələri daşıyır və hüquqlara malikdir.

5. ŞİRKƏTİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ


5.1. Şirkət, bu Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan xidmətlərin göstərilməsini, o cümlədən qanunvericilik və öz risklərin idarə edilməsi siyasəti çərçivəsində İstifadəçiləri üçün müxtəlif ödəniş hesabı növlərinin açılmasını təklif edir. Şirkət tərəfindən təklif olunan xidmətlərlə bağlı məhdudiyyətlər və limitlər qüvvədə olan qanunvericilik və Şirkətin daxili sənədləri ilə müəyyən edilə bilər. Sistem öz mülahizəsinə uyğun olaraq istənilən vaxt təklif etdiyi Xidmətləri dəyişdirə və ya ləğv edə bilər.
5.2. Sistemin məsuliyyəti bu Müqavilə ilə müəyyən edilmiş Xidmətlərin (ödəniş xidmətləri, elektron pul emissiyası, pul köçürmələri, kart əsasında ödənişlər və s.) göstərilməsi ilə məhdudlaşır. İstifadəçi Sistemin Xidmətlərindən istifadə etməklə üçüncü şəxslərdən əldə edəcəyi mal və/və ya xidmətlərin haqqını ödəyərək, üçüncü şəxslər tərəfindən təklif olunan, təqdim edilən, satılan və ya vəd edilən malların və/və ya xidmətlərin qüsursuz təmin və təqdim edilməsi ilə bağlı Sistem məsuliyyət daşımır. 5.3. Sistem daxili nəzarət və komplayens fəaliyyətləri çərçivəsində qanunvericiliyə və daxili qaydalarına uyğun olaraq aşağıda qeyd olunan məqsədlər üçün İstifadəçinin əməliyyatlarına nəzarət edə, monitorinq apara, həmçinin buna müvafiq hesabatlar verə bilər.
5.3.1. Hesabın açılması zamanı və ya ondan sonra İstifadəçi tərəfindən verilən Şəxsi və Əlaqə məlumatlarının düzgünlüyünün müəyyən edilməsi üçün,
5.3.2. İstifadəçinin başqasının adından hərəkət edib-etməməsi,
5.3.3. Xidmətlərdən istifadə etmək üçün ona verilmiş Həssas Ödəniş Məlumatı da daxil olmaqla, fayda müqabilində üçüncü tərəflərə hər hansı parol və giriş icazəsi verib-verməməsi,
5.3.4. Xidmətlərdən qeyri-qanuni fəaliyyətlər üçün istifadə edib-etməməsi.
5.3.5. Xidmətlər çərçivəsində həyata keçirilən əməliyyatların saxta və ya icazəsiz şəkildə həyata keçirilib-keçirilməməsi.
5.3.6. Ödəniş Hesabına saxta və ya icazəsiz giriş əldə edilib-edilməməsi və ya saxta və ya icazəsiz ödəniş əməliyyatlarına başlamaq cəhdləri.
5.4. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla Sistemin bu Müqavilənin 5.3-cü bəndində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirməsi nəticəsində ona məlum olan faktlar və əsaslı şübhəli hallar barəsində Sistem öz mülahizəsinə əsasən aşağıdakı tədbirləri görür:
5.4.1. Xidmətlərin hamısını və ya bəzilərini dayandırır,
5.4.2. İstifadəçinin Elektron Pulun geri qaytarılması tələbini 3 (üç) iş günü müddətinə təxirə salır və ya rədd edir,
5.4.3. İstifadəçiyə təklif olunan Xidmətləri dondurur, dayandırır və ya bağlayır,
5.4.4. Müqaviləni heç bir xəbərdarlıq müddəti olmadan dərhal ləğv edir.
5.5. Sistem İstifadəçiyə 5.4-cü bənd çərçivəsində həyata keçirəcəyi əməliyyatlar barədə əməliyyatın icrasına qədər, mümkün olmadıqda isə əməliyyat həyata keçirildikdən sonra, məlumat verir.
5.6. avtorizə edilməmiş ödəniş əməliyyatı haqqında bildirişi aldıqdan sonra qanunvericilikdə nəzərdə tutulan sübutları 5 (beş) iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) təqdim edə bilmədikdə ödəniş əməliyyatının məbləğini ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri ödəməlidir. Şirkət avtorizə edilməmiş ödəniş əməliyyatının məbləğini bu ödəniş əməliyyatının icrası üçün ödəyicidən tutulan bütün xidmət haqları ilə birgə ödəyiciyə geri ödəməlidir.
5.7. Şirkət öz mülahizəsinə uyğun olaraq ödəniş hesabının açılması üçün əvvəlcədən və ya ödəniş hesabı açıldıqdan sonra istənilən vaxt İstifadəçini autentifikasiya edə bilər.
5.8. Şirkət istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən bu Müqaviləni (bütövlüklə və ya qismən) dərhal ləğv edə bilər və ya müvəqqəti dayandıra bilər və ya İstifadəçinin hər hansı Xidmətlərə daxil olmasını dayandıra bilər. Şirkət belə müvəqqəti dayandırma və ya ləğv etmə nəticəsində baş verə biləcək istənilən itki və ya narahatlığa görə məsuliyyət daşımır.
5.9. Qanunvericilikdə və bu Müqavilənin digər müddəalarında nəzərdə tutulmuş vəzifələri daşıyır və hüquqlara malikdir.

6. SİSTEMDƏ QEYDİYYAT VƏ HESABIN YARADILMASI


6.1. Sistem vasitəsilə təqdim edilən xidmətlərdən istifadə edə bilmək üçün İstifadəçi Sistemdə qeydiyyatdan keçməlidir. Şirkət səbəbini bildirmədən şəxsi Sistemdə qeydiyyata almaqdan imtina edə bilər. Hər bir halda bu imtinanın əsaslı səbəbləri var və Şirkətin bu səbəbləri açıqlamaq kimi öhdəliyi yoxdur.
6.2. Sistemdə hesab açacaq hər kəs qanunvericiliyin tələblərinə uyğun olaraq rezidentliyin müəyyən edilməsi üçün müvafiq testdən keçməlidir.
6.3. Qeydiyyat zamanı istifadəçi olmaq istəyən şəxs sistemdə hesab yaradır. Bu hesab şəxsidir və ondan yalnız İstifadəçi istifadə edə bilər. İstifadəçinin sistemdə yalnız bir hesabı ola bilər.
6.4. İstifadəçinin Sistemdə qeydiyyatdan keçməsi ilə, bu müqavilə şərtləri ilə razılaşdığını və ona əməl edəcəyi öhdəliyini götürdüyünü elektron qaydada təsdiq etmiş olur, bununla da Müqavilə qeyri müəyyən müddətə qüvvəyə minir.
6.5. İstifadəçi təsdiq edir ki, Sistemdə qeydiyyat zamanı onun tərəfindən yalnız doğru məlumatlar təqdim edilmişdir və gələcəkdə dəyişiklik olduğu halda özü barədə məlumatların dəyişdirilirməsi üçün müraciət edəcəkdir. İstifadəçi tərəfindən həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatların təqdim edilməsindən irəli gələn zərərlərə görə yalnız özü məsuliyyət daşıyır.
6.6. Sistemdə qeydiyyata alınmaq və Şirkət tərəfindən təqdim edilən xidmətlərdən istifadə etmək üçün İstifadəçi identifikasiyadan keçməlidir. Qanunvericilikdə və Şirkətin daxili qaydalarında nəzərdə tutulmuş hallarda ödəniş xidmətlərindən istifadə zamanı avtorizə və ya GMA tətbiq edilə bilər. Bütün bu tədbirlər Şirkətin və İstifadəçinin maraqlarının müdafiəsi üçün zəruridir.
6.7. İstifadəçi video eyniləşdirmə prosedurundan keçməklə, gələcəkdə ona ödəniş hesabının açılmasına razılığını bildirmiş olur. Müştəri təkar olaraq video eyniləşdirmədən keçmədən ödəniş hesabına dair müqaviləni imzalamaqla ödəniş hesabı aça bilər.

7. AUTENTİFİKASİYA


7.1. Sistemdən qeydiyyatdan keçən zaman Şirkət İstifadəçilərə, qanunvericiliyin gücləndirilmiş müştəri autentifikasiyası tələblərinə uyğun olaraq, autentifikasiya prosedurundan keçmə imkanı təmin edir.
7.2. Yeni İstifadəçilər üçün məsafədən ödəniş hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır:
7.2.1. Rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə;
7.3. Şirkət İstifadəçini məsafədən autentifikasiya etmək üçün ona fərdiləşdirilmiş təhlükəsizlik məlumatları təqdim etdikdə istifadəçilər həmin məlumatları təhlükəsiz saxlamalıdırlar.
7.4. Şirkət tətbiq edilən autentifikasiya tədbirləri barədə məlumatları Sistemdə dərc etməklə, e-poçt, SMS bildiriş vasitəsilə və ya digər qaydada İstifadəçiyə bildirir.
7.5. Autentifikasiya prosedurundan keçmiş İstifadəçilərə təqdim olunan xidmətlərin siyahısı, ödəniş və köçürmə limitləri, xidmət haqları və digər şərtlər autentifikasiya keçməmiş İstifadəçilərə təqdim olunan şərtlərdən fərqlənə bilər. Şirkət xidmətlərin siyahısına və İstifadə şərtləri və Qaydalarına əlavə və dəyişiklikləri etmək hüququna malikdir.
7.6. Şirkət Sistem vasitəsilə ödəniş hesabının balansının artırılması zamanı Şirkət, bank və ödəniş xidmətləri göstərən digər təchizatçılar qanunvericiliyə, öz daxili qaydalarına və mülahizələrinə uyğun olaraq autentifikasiya və ya gücləndirilmiş İstifadəçi autentifikasiyası tətbiq edə bilər. Həmin tədbirlər bank və digər ödəniş xidmətləri göstərən təşkilatlar tərəfindən tətbiq edildikdə, autentifikasiya və ya gücləndirilmiş İstifadəçi autentifikasiyasına dair münasibətlər İstifadəçi və həmin təşkilat arasında tənzimlənir və Şirkət bunun üçün cavabdehlik daşımır.

8. HESABDAN İSTİFADƏ


8.1. İstifadəçi Sistemdə email və ya nömrə və Şifrə istifadə edərək, o cümlədən GMA prosedurundan keçməklə Hesabına qoşulmaqla, SMS vasitəsilə alınan birdəfəlik təhlükəsizlik kodunu daxil etməklə hesaba daxil ola və hesabından istifadə edə bilər.
Sistem İstifadəçiyə SMS vasitəsilə birdəfəlik təhlükəsizlik kodu göndərir və aşağıdakı hallarda Sistemin təsdiqləmə funksiyası vasitəsilə hərəkəti təsdiqləmək imkanı verir:
8.1.1. İstifadəçi Hesab şifrəsini mobil nömrə ilə dəyişdikdə;
8.1.2. İstifadəçi Hesabda göstərilən telefon nömrəsini dəyişdikdə;
8.1.3. Saxlanılan kart ilə ödəniş koduna (məsələn yeni mobil nömrə) ilk dəfə ödəniş etdikdə
8.1.4. Tətbiqin giriş kodunun mobil nömrə seçimi ilə yenilənməsi zamanı (4 rəqəmli passcode)
8.1.5. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və Şirkətin mülahizəsinə görə;
8.2. SMS vasitəsilə təqdim edilən kodun düzgün və təyinatı üzrə istifadə olunması, bununla bağlı təhlükəsizlik tədbirlərini görmək İstifadəçinin öhdəliyidir.
8.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda valyuta mübadiləsi həyata keçirilə bilər. Ölkədaxili ödəniş əməliyyatları ilə bağlı valyuta mübadiləsinin həyata keçirilməsinə yol verilmir.
8.4. Müştərinin Sistemdəki Hesabından pul vəsaiti Müştərinin kartına, bank hesabına və ya digər sistemlərdəki elektron ödəniş hesabına köçürülərkən, o cümlədən kartdan, bank hesabından və ya başqa elektron ödəniş sistemindən Sistemdəki Hesabına vəsait köçürüldükdə müvafiq bank və ya ödəniş sistemi tərəfindən müəyyən edilmiş müvafiq xidmətlər üçün komissiyalar tutula bilər.

9. ÖDƏNİŞ HESABI


9.1. Tərəflər arasında bağlanmış müqavilə əsasında İstifadəçi üçün qeyri-müəyyən müddətə ödəniş hesabı açıla bilər. İstifadəçi pul vəsaitlərini ödəniş hesabına ödəniş kartları, ödəniş terminalları və ya digər üsullarla mədaxil edə bilər. Ödəniş hesabının balansının artırılması üçün ödəniş üsulları barədə məlumat Sistemdə yerləşdirilir.
9.2. Sistem ödəniş Hesabı İstifadəçilərin həmin hesablarına pul vəsaitlərini yerləşdirmək və köçürmək, o cümlədən pul köçürmələri üçün nəzərdə tutulmuş vəsaitləri saxlamaq, yerli və beynəlxalq pul köçürmələri etmək, ödənişlər etmək, Hesaba vəsait qəbul etmək, mal və xidmətlər üçün ödəniş etmək və pul köçürmələri ilə birbaşa əlaqəli digər əməliyyatları həyata keçirmək imkanı verir.
9.3. Eyni Hesabda İstifadəçi bir neçə ödəniş Hesabı yarada və sahibi ola, ondan öz mülahizəsinə əsasən istifadə edə bilər.
9.4. İstifadəçinin tələbi ilə onun ödəniş Hesabında saxlanılan vəsait istənilən vaxt nominal dəyəri ilə məxaric edilə bilər (Hesabdan istifadənin məhdudlaşdırıldığı hallar istisna olmaqla)
9.5. İstifadəçi öz Hesabından göstərdiyi hər hansı digər hesaba (burada Sistemin pul köçürə biləcəyi banklar və elektron ödəniş sistemləri göstərilir) pul köçürmək və ya geri qaytarmaq üçün Ödəniş tapşırığı yaratmaqla vəsaiti məxaric (geri almaq) edir.
9.6. İstifadəçi Müqaviləni ləğv edərsə və Şirkət Ödəniş Hesabını bağlamaq və Sistemdən Hesabı silməyi tələb edərsə və ya Müqavilədə nəzərdə tutulmuş hallarda xidmətin göstərilməsinin dayandırılması və hesabın silinməsi zamanı İstifadəçinin Hesabındakı vəsait onun müəyyən etdiyi bank hesabına və ya başqa sistemdəki elektron ödəniş hesabına köçürülür. Tərəflər arasında mübahisə yaranarsa, Şirkət mübahisənin predmeti olan pulu mübahisə həll olunana qədər saxlamaq hüququna malikdir.
9.7. Şirkətdən asılı olmayan səbəblərə görə pulu İstifadəçiyə qaytarmaq mümkün olmadıqda, İstifadəçi bu barədə dərhal məlumatlandırılır və o, dərhal başqa hesabı göstərməyə və ya pulu qaytarmaq (ödəniş etmək) üçün zəruri olan əlavə məlumatları təqdim etməyə borcludur.

10. NAĞD PULUN MƏDAXİLİ VƏ MƏXARİCİ


10.1. Şirkət İstifadəçiyə Sistemdə göstərilən şərtlərə uyğun olaraq ödəniş Hesabına nağd pul mədaxil etmək hüququnu verir.
10.2. Şirkət İstifadəçiyə Sistemdə göstərilən şərtlərə və qanunvericiliyə uyğun olaraq Hesabdan nağd pul çıxarmaq hüququnu verir.
10.3. Hesaba elektron pulun emissiya məqsədilə nağd pul mədaxil edildikdən və Şirkət tərəfindən vəsaitlər alındıqdan sonra İstifadəçi Elektron Pulları idarə edə bilər.

11. ELEKTRON PUL


11.1. Elektron pul milli və xarici valyutada emissiya oluna bilər.
11.2. Eyniləşdirilməsi tələb olunmayan elektron pulun maksimum məbləği və istifadə şərtləri aşağıdakı kimidir:
11.2.1. bir alət üzrə bir təqvim ayı ərzində ödəniş əməliyyatlarının həcmi 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamalıdır;
11.2.2. həmin alətdə saxlanılan pul vəsaitinin həcmi 300 (üç yüz) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamalıdır.
11.3. Nəzarət orqanı tərəfindən Şirkətin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcminə dair tələb müəyyən edildikdə, Şirkət elektron pulun emissiyasını həmin limit çərçivəsində həyata keçirə bilər.
11.4. Elektron pul sahibi olmaq istəyən İstifadəçi nəzərə almalıdır ki, elektron pul “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmanət hesab edilmir, sığortalanmır, habelə həmin vəsaitlərə faiz və ya digər formada gəlir ödənilmir.

12. ÖDƏNİŞ SƏRƏNCAMININ DÜZGÜN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN MƏLUMATLAR VƏ UNİKAL EYNİLƏŞDİRİCİ


12.1. Qanunvericilikdə və bu müqavilədə nəzərdə tutulan hallar istisna olmaqla ödəniş əməliyyatları İstifadəçinin ödəniş sərəncamı əsasında aparılır.
12.2. Ödəniş Sərəncamının düzgün icra edilməsi üçün İstifadəçi qanununvericiliklə müəyyən edilmiş məlumtaları (rekvizitləri) təqdim etməlidir.
12.3. Unikal eyniləşdirici əsasında aparılan ödəniş əməliyyatları unikal eyniləşdirici ilə müəyyən edilmiş vəsait alanın xeyrinə icra olunmuş hesab edilir.
12.4. İstifadəçi tərəfindən təqdim edilmiş unikal eyniləşdirici düzgün olmadıqda, Şirkət bu səbəblə icra olunmamış və ya səhv icra edilmiş ödəniş əməliyyatlarına görə məsuliyyət daşımır.
12.5. İstifadəçi ödəniş sərəncamı üzrə unikal eyniləşdiricidən başqa əlavə məlumatlar təqdim etdikdə, Şirkət ödəniş əməliyyatının yalnız unikal eyniləşdiriciyə uyğun olaraq icra edilməsinə görə məsuliyyət daşıyır.

13. ÖDƏNİŞ SƏRƏNCAMININ İCRASINDAN ƏVVƏL MƏLUMATIN VERİLMƏSİ


13.1. Şirkət ödəniş əməliyyatını icra etməzdən əvvəl onun tərəfindən təqdim edilən ödəniş xidmətləri üzrə aşağıdakı məlumatları İstifadəçiyə təqdim etməli və ya belə məlumatların əlçatanlığını Sistem vasitəsilə təmin edir:
13.1.1. ödəniş sərəncamının icra edilməsi üçün tələb olunan məlumatlar və ya unikal eyniləşdirici;
13.1.2. ödəniş sərəncamının icra müddəti;
13.1.3. tətbiq edildikdə, ödəniş xidmətinin göstərilməsi üçün tutulan haqlar;
13.1.4. tətbiq edildikdə, valyuta mübadiləsi məzənnəsi;
13.1.5. nəzarət orqanının əlaqə məlumatları.
13.2. Ödəniş sərəncamı vasitəçi tərəfindən verildikdə, vasitəçi ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad nömrəsini ödəyicinin hesabına xidmət göstərən Şirkətə təqdim edir.

14. ÖDƏNİŞ SƏRƏNCAMININ İCRASINDAN SONRA MƏLUMATLANDIRMA


14.1. Şirkət ödəniş sərəncamını icra etdikdən sonra dərhal azı aşağıdakı məlumatları davamlı daşıyıcıda ödəniş xidməti istifadəçisinə təqdim etməlidir:
14.1.1. Şirkətin adı və VÖEN-i;
14.1.2. ödəniş əməliyyatını eyniləşdirməyə imkan verən istinad nömrəsi;
14.1.3. ödəniş əməliyyatının icra olunduğu valyutada məbləği;
14.1.4. ödəniş əməliyyatının icrası üzrə ödənilən xidmət haqlarının məbləği;
14.1.5. tətbiq edildikdə, valyuta mübadiləsi məzənnəsi;
14.1.6. ödəniş sərəncamının icra olunduğu tarix;
14.1.7. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər məlumatlar.
14.2. Şirkət ödəniş xidməti istifadəçisinin tələbi ilə ona təqvim ayı müddətində azı bir dəfə ödəniş hesabı üzrə aparılan ödəniş əməliyyatları barədə bu Müqavilənin 14.1-ci bəndində nəzərdə tutulan məlumatları davamlı daşıyıcıda ödənişsiz olaraq təqdim etməlidir.

15. ÖDƏNİŞ SƏRƏNCAMININ VERİLMƏSİ, ONDAN İMTİNA VƏ ÖDƏNİŞ SƏRƏNCAMININ GERİGÖTÜRÜLMƏZLİYİ QAYDASI


15.1. İstifadəçi ödəniş sərəncamı verdikdə, ödəniş əməliyyatı avtorizə edilmiş hesab olunur.
15.2. Ödəniş sərəncamından bu Müqavilənin 15.4-cü bəndi ilə müəyyən edilmiş anadək istənilən vaxt imtina edilə bilər. Dövri ödəniş əməliyyatlarının icrası üzrə verilmiş sərəncamdan imtina nəticəsində İstifadəçinin seçimindən asılı olaraq ancaq icra vaxtı çatmış əməliyyat və ya bütün növbəti ödəniş əməliyyatları avtorizə edilməmiş hesab edilir və icra olunmur.
15.3. Ödəniş sərəncamının verilməsinin, habelə ondan imtinanın forma və proseduru qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadıqda, İstifadəçi imtinanı elektron Şirkətə təqdim edə bilər.
15.4. Ödəniş sisteminə göndərilən ödəniş sərəncamı ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan gerigötürülməz hesab olunur.
15.5. İstifadəçi Şirkət ilə ödəniş sərəncamının icra olunması üçün müəyyən günü razılaşdırdıqda, İstifadəçi ödəniş sərəncamını ən geci razılaşdırılmış gündən əvvəlki iş gününün sonunadək geri götürə bilər.
15.6. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda, ödəyici vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz.
15.7. Birbaşa debitləşmə alətindən istifadə edildikdə ödəyici ən geci pul vəsaitinin ödəniş hesabından silinməsi üçün müəyyən etdiyi gündən əvvəlki iş gününün sonunadək ödənişin həyata keçirilməsi üzrə verdiyi sərəncamı geri götürə bilər.

16. ÖDƏNİŞ SƏRƏNCAMININ İCRAYA QƏBUL VAXTI


16.1. Şirkət ödəniş sərəncamı qüsurlu olmadıqda, habelə ödəyici ilə bağlanılmış müqavilə ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə avtorizə edilmiş ödəniş sərəncamını icraya qəbul edir.
16.2. Avtorizə edilmiş ödəniş sərəncamı əməliyyat günündən sonra təqdim olunduqda ödəniş sərəncamı növbəti əməliyyat günü icraya qəbul edilmiş hesab olunur.
16.3. Şirkət ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir.
16.4. Şirkətə verilən ödəniş sərəncamında həmin sərəncamın icrası üçün fərqli müddət razılaşdırıla bilər. Razılaşdırılan müddət ödəniş sərəncamının icra müddəti hesab edilir və həmin gün icra edilir. Bu müddət qeyri-iş gününə düşdükdə, ödəniş sərəncamının icra müddəti növbəti iş günü hesab edilir.
16.5. Şirkət vəsait alanla bağladığı müqavilədə birbaşa debitləşmə ilə bağlı ödəniş əməliyyatlarının razılaşdırılmış tarixdə həyata keçirilməsinə imkan yaratmaq üçün vəsait alan tərəfindən verilən ödəniş sərəncamının ödəyiciyə xidmət göstərən Ödəniş xidməti təchizatçısına vəsait alanla razılaşdırdığı tarixdə göndərilməsini təmin etməlidir.
16.6. Ödəniş terminalları vasitəsilə vəsaitin qəbulu istisna olmaqla, vəsait alanın xeyrinə Şirkət daxil olan pul vəsaiti həmin əməliyyat günü vəsait alanın ödəniş hesabına mədaxil edilməli və (və ya) pul vəsaitinin istifadəsinə imkan yaradılmalıdır. Hesaba mədaxil edilməli olan pul vəsaitinin valyutası hesabda olan məbləğin valyutasından fərqli olduqda pul vəsaitinin hesaba mədaxil edilməsi müddəti ödəniş xidməti istifadəçisi ilə Şirkət arasında bağlanılmış müqavilə ilə tənzimlənir.

17. XİDMƏT HAQQI VƏ VALYUTA MÜBADİLƏSİ MÜBADİLƏSİ


17.1. Bu Müqavilədə nəzərdə tutulan qaydada xidmət haqqı tutulduqda və ya valyuta mübadiləsi tətbiq edildikdə həmin xidmət haqqı və ya valyuta məzənnəsi barədə İstifadəçiyə ödəniş sərəncamından öncə Sistem vasitəsilə məlumat təqdim edilir. İstifadəçi sərəncamı təsdiq etməklə həmin xidmət haqları və ya valyuta məzənnəsinə razılığını bildirmiş olur.
17.2. Şirkət xidmət haqqını İstifadəçinin ödəniş hesabının balansında olan vəsaitlərdən birtərəfli qaydada tuta bilər.
17.3. İstifadəçi anlayır və qəbul edir ki, Sistem üzərindən xidmətləri göstərməklə əlaqədar Şirkətin əməkdaşlıq etdiyi digər ödəniş xidməti təchizatçıları da öz növbəsində xidmət haqqı tətbiq edə bilərlər. Şirkət bu cür xidmət haqqının növü və məbləği üçün məsuliyyət daşımır.

18. İSTİFADƏÇİNİN ÖDƏNİŞ ALƏTİNƏ VƏ FƏRDİLƏŞDİRİLMİŞ TƏHLÜKƏSİZLİK MƏLUMATLARINA MÜNASİBƏTDƏ VƏZİFƏLƏRİ


18.1. İstifadəçi fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının üçüncü şəxsin bildiyini aşkar etdikdə dərhal həmin məlumatları Sistem vasitəsilə dəyişdirməli, bu mümkün olmadıqda isə Şirkətə məlumat verməlidir.
18.2. Şirkət İstifadəçinin cihazının və Sistemdə ödəniş hesabına bağlı mobil telefon nömrəsinin təhlükəsizliyi üçün məsuliyyət daşımır. İstifadəçi mobil telefonunu itirdikdə, telefon oğurlandıqda və ya hər hansı digər şəkildə üçüncü şəxslərin İstifadəçinin ödəniş hesabına daxil olma ilə bağlı şübhəsi olduqda və ya bunu aşkar etdikdə dərhal Şirkəti onun rəsmi səhifəsində dərc olunmuş əlaqə vasitələrindən istifadə etməklə mümkün olan istənilən formada (yazılı, elektron qaydada və s.) məlumatlandırmalıdır.
18.3. İstifadəçi anlayır və qəbul edir ki, ödəniş hesabına giriş və istifadə üçün razılıq verib-verməməsindən asılı olmayaraq onun ödəniş hesabından üçüncü şəxslərin istifadəsinə görə tam şəkildə məsuliyyət daşıyır. İstifadəçinin ödəniş hesabına Şirkətdən asılı olmayan hallarda səlahiyyətli və ya səlahiyyətsiz şəxslərin girişi nəticəsində İstifadəçiyə dəyən ziyana görə Şirkət məsuliyyət daşımır.
18.4. İstifadəçi SİM kartın dublikatını əldə etməklə və ya digər yollarla həmin telefon nömrəsinə çıxışı təmin etmədikdə Şirkət İstifadəçinin ödəniş hesabına və/və ya Sistemə çıxışını bərpa etmək üçün öhdəlik daşımır.

19. AVTORİZƏ EDİLMƏMİŞ VƏ YA SƏHV İCRA OLUNMUŞ ÖDƏNİŞ ƏMƏLİYYATLARI ÜZRƏ BİLDİRİŞ


19.1. İstifadəçi ödəniş əməliyyatının icrasından sonra 6 (altı) aydan gec olmayaraq hər hansı avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını müəyyən etdikdə bu barədə Şirkəti dərhal məlumatlandırmalıdır.
19.2. Şirkət İstifadəçidən 19.1-ci bənddə qeyd olunan bildirişi aldığı təqdirdə ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin İstifadəçinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya Şirkətin digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını 5 (beş) iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) sübuta yetirərərək təqdim etmədiyi təqdirdə qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilmiş xidmət haqqı ilə (tətbiq olunmuşdursa) birlikdə ödəniş əməlliyatının məbləğini İstifadəçiyə geri ödəyir.

20. ÖDƏYİCİ TƏRƏFİNDƏN VERİLƏN ÖDƏNİŞ SƏRƏNCAMININ İCRA OLUNMAMASI, SƏHV İCRASI, PUL VƏSAİTİNİN ƏSASSIZ OLARAQ ÖDƏNİŞ HESABINDAN SİLİNMƏSİ


20.1. Şirkət ödəyici tərəfindən verilən ödəniş sərəncamının icra olunmamasına, səhv icra edilməsinə, həmçinin pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə ödəyici qarşısında məsuliyyət daşıyır. Bu halda ödəyiciyə xidmət göstərən Şirkət səhv icra edilmiş, əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği dərhal ödəyicinin ödəniş hesabına bərpa etməlidir.
20.2. Ödəyiciyə xidmət edən Şirkət ödəniş əməliyyatının vaxtında və düzgün icrasını sübut etdikdə, vəsait alana xidmət göstərən Şirkət vəsait alan qarşısında ödəniş əməliyyatının düzgün icra olunmasına görə məsuliyyət daşıyır. Bu halda vəsait alana xidmət göstərən Şirkət dərhal ödəniş əməliyyatı üzrə məbləği vəsait alanın ödəniş hesabına daxil etməli və ya ödəniş hesabı olmadıqda vəsait alanın sərəncamına verməlidir.
20.3. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba xidmət göstərən Şirkət səhv icra edilmiş və ya əsassız olaraq ödəniş hesabından silinmiş ödəniş əməliyyatı üzrə məbləği ödəyiciyə növbəti iş günündən gec olmayaraq geri qaytarır.
20.4. Vasitəçi ödəniş sərəncamının ödəyicinin ödəniş hesabına xidmət göstərən Şirkət tərəfindən alındığını, ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını və onun tərəfindən baş vermiş texniki nasazlıq və ya digər çatışmazlığın təsirinə məruz qalmadığını sübut edə bilmədikdə, ödəyicinin ödəniş sərəncamının icra edilməməsi, səhv icra edilməsi və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi üçün məsuliyyət daşıyır.
20.5. Şirkət, o cümlədən vasitəçi icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatlarının icrası üzrə və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə məsuliyyət daşıdığı halda, ödəniş xidməti istifadəçisi tərəfindən ödənilən xidmət haqları və digər xərclərin məbləği də kompensasiya edilməlidir.
20.6. Ödəniş xidməti istifadəçisi icra edilməyən, səhv icra edilən ödəniş əməliyyatlarına və ya pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsinə görə Şirkətdən ödəniş əməliyyatı üzrə məbləğ, xidmət haqqı və digər xərclərdən əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə uyğun olaraq faizlərin ödənilməsini tələb edə bilər.
20.7. Şirkət ödəniş xidməti istifadəçisi tərəfindən ödəniş sərəncamında səhv göstərilmiş məlumatlara görə ödəniş sərəncamının icra edilməməsi və ya səhv icra olunması üçün məsuliyyət daşımır.
20.8. Ödəyiciyə xidmət göstərən Şirkət icra edilməmiş, səhv icra edilmiş ödəniş əməliyyatı üzrə və pul vəsaitinin əsassız olaraq ödəniş hesabından silinməsi üzrə ödəyicinin tələbi əsasında xidmət haqqı tələb etmədən ödəniş əməliyyatının icrasını izləməli və bu haqda ödəyicini məlumatlandırmalıdır. Bu halda vəsait alana xidmət göstərən Şirkət ödəyiciyə xidmət göstərən Şirkətə qanunla qadağan olunmayan məlumatları təqdim etməlidir.

21. VƏSAİT ALAN TƏRƏFİNDƏN VERİLƏN ÖDƏNİŞ SƏRƏNCAMININ İCRA EDİLMƏMƏSİ VƏ YA SƏHV İCRASI


21.1. Ödəniş sərəncamı vəsait alan tərəfindən verildikdə ona xidmət göstərən Şirkət ödəniş sərəncamının ödəyiciyə xidmət göstərən Şirkətinə vaxtında və düzgün göndərilməsi üzrə vəsait alan qarşısında cavabdehdir.
21.2. Ödəyiciyə xidmət göstərən Şirkət vəsait alana xidmət göstərən Şirkət tərəfindən göndərilən ödəniş sərəncamının icra edilməməsinə və ya səhv icra edilməsinə görə məsuliyyət daşıyır. Bu halda, ödəyiciyə xidmət göstərən Şirkət səhv icra edilmiş ödəniş sərəncamı üzrə vəsaitin dərhal ödəyicinin ödəniş hesabına bərpa edilməsini və ya tələb olunduqda ödəniş sərəncamının düzgün icrasını təmin etməlidir.
21.3. Vəsait alan tərəfindən ödəniş sərəncamı ödəyiciyə xidmət göstərən Şirkətinə birbaşa təqdim edildikdə Şirkət bu bu Müqavilənin 21.2-ci bəndinə uyğun olaraq məsuliyyət daşıyır.
21.4. Ödəniş sərəncamı vəsait alan tərəfindən verildikdə, ona xidmət göstərən Şirkət icra edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatı üzrə vəsait alanın tələbi əsasında xidmət haqqı tələb etmədən ödəniş əməliyyatının icrasını izləməli və bu haqda vəsait alanı məlumatlandırmalıdır.

22. VƏSAİT ALANIN İCRA EDİLMİŞ ÖDƏNİŞ SƏRƏNCAMI ÜZRƏ VƏSAİTİN GERİ ÖDƏNİLMƏSİ


22.1. Ödəyici birbaşa debitləşmə üzrə ödəniləcək məbləğ limitini müəyyən etməlidir. Ödəyiciyə xidmət edən Şirkət vəsait alan tərəfindən verilən ödəniş sərəncamı üzrə ödəyicinin müəyyən etdiyi ödəniş məbləğindən yüksək məbləğdə ödəniş əməliyyatı apardığı təqdirdə artıq ödənilmiş məbləği geri ödəməlidir.
22.2. Ödəyici bu Müqavilənin 22.1-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş halda vəsaitin onun ödəniş hesabından silindiyi tarixdən 2 (iki) ay müddətində ona xidmət göstərən Şirkətə müraciət edə bilər.
22.3. Şirkət ödəniş əməliyyatı üzrə məbləğin geri ödənilməsi barədə ödəyicinin müraciəti daxil olduqdan sonra 5 (beş) iş günü müddətində bu Müqavilənin 22.1-ci bəndinin ikinci cümləsinə uyğun olaraq artıq ödənilmiş məbləğin geri ödənilməsini təmin etməli və ya imtinanın səbəbləri haqqında əsaslandırılmış məlumatı ödəyiciyə təqdim etməlidir.
Ehtimal olunan və ya baş verən fırıldaqçılıq hadisəsi və ya təhlükəsizlik təhdidləri zamanı Şirkət tərəfindən ödəniş xidməti istifadəçisini şifahi və ya yazılı formada məlumatlandırıla bilər

23. BLOKLAŞDIRMA, ÖDƏNİŞ HESABINDAN PUL VƏSAİTLƏRİNİN SİLİNMƏSİ VƏ BIR SIRA MƏHDUDİYYƏTLƏRIN QOYULMASI


23.1. Şirkət bunlarla məhdudlaşmamaq şərtilə, aşağıdakı hallarda İstifadəçinin ödəniş hesabını və/və ya həyata keçirdiyi ödəniş əməliyyatlarını bloklaşdıra bilər:
23.1.1. Sistemin, İstifadəçinin ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə;
23.1.2. Sistemin, ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərindən dələduzluq məqsədilə və ya səlahiyyəti olmayan üçüncü şəxslərin istifadəsinin qarşısını almaq üçün;
23.1.3. Texniki xəta nəticəsində ödəniş hesabında mövcud olan məbləğdən daha artıq məbləğdə olan ödəniş əməliyyatı həyata keçirildikdə;
23.1.4. İstifadəçinin ödəniş hesabına səlahiyyəti olmayan üçüncü şəxslərin giriş etməsi nəticəsində ödəniş hesabına/ ödəniş hesabından pulların köçürülməsi halında;
23.1.5. İstifadəçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, o cümlədən, İstifadəçinin adi qaydada həyata keçirdiyi ödəniş əməliyyatlarından fərqlənən qeyri-standard və ya qeyri-adi dərəcədə mürəkkəb ödəniş əməliyyatlarının həyata keçirilməsi halında ödəniş hesabı və Sistemdən qeyri-qanuni istifadə şübhəsi yarandıqda;
23.1.6. İstifadəçinin Şirkət-ə borcu olduqda, bir şərtlə ki, İstifadəçinin ödəniş hesabındakı məbləğ həmin borcu silmək üçün kifayət olmasının
23.1.7. Şirkət-in daxili qayda və təlimatlarına əsasən digər hallarda;
23.1.8. İstifadəçinin təşəbbüsü ilə;
23.1.9. Qanunvericilikdə nəzərdə tutulan digər hallarda və məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi ilə.
23.2. Tərəflər anlayır və qəbul edir ki, Şirkət hər bir halda zərurət yarandığı təqdirdə bu Müqavilə, Şirkət-in daxili qaydaları, bir şərtlə ki, bu qaydalar İstifadəçiyə qabaqcadan təqdim edilsin və tətbiq edilən qanunvericiliyə uyğun olaraq İstifadəçinin ödəniş hesabına çıxış əldə etməsinə məhdudiyyət qoya və ya əməliyyat aparmasına imtina edə bilər.
23.3. Bununla məhdudlaşmamaq şərtilə, Şirkət aşağıdakı hallarda İstifadəçinin ödəniş hesabından elektron pulları silə bilər:
23.3.1. Müqavilənin icrası məqsədilə;
23.3.2. Texniki overdraft (İstifadəçi ödəniş hesabının balansında olan məbləğdən daha artıq istifadə etdikdə);
23.3.3. İstifadəçinin Şirkətə borcu olduqda.
23.4. Hər bir halda, bloklaşdırma müddəti müvafiq qanunvericilik tələblərinə uyğun olaraq, Şirkət-in daxili qaydalarına əsasən müəyyən edilir, bir şərtlə ki, bu daxili qaydalar qabaqcadan İstifadəçiyə təqdim edilsin. İstifadəçinin ödəniş hesabı və ödəniş əməliyyatları bloklaşdırıldıqda, ödəniş əməliyyatlarının icrasından imtina edildikdə və ya ödəniş hesabından pul vəsaitləri silindikdə mübahisələr Şirkət-in daxili qaydaları və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

24. ƏLAQƏ VASİTƏLƏRİ


24.1. Tərəflər arasında kommunikasiya Sistem , telefon zəngi, Şirkətin istifadə etdiyi tətbiqlər və elektron poçt vasitəsilə aparıla bilər.
24.2. Şirkətin əlaqə məlumatları yuxarıda “Şirkət barədə məlumatlar” hissəsində göstərilir. Əlaqə məlumatları dəyişdikdə, İstifadəçiyə bu barədə Sistem vasitəsilə məlumat verilir.
24.3. İstifadəçinin əlaqə məlumatları onun Sistem vasitəsilə Şirkətə təqdim etdiyi məlumatlardır. Məlumatlar dəyişdikdə, İstifadəçi dərhal Şirkətə bu barədə məlumat verməlidir.
24.4. Nəzarət orqanının Əlaqə vasitələri:
Qaynar xətt 966
Əlaqə nömrələri (+994 12) 493 5058, 493 11 22
Faks(+994 12) 493 5541
Ünvan: AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90

25. SİSTEMİN ƏLAVƏ FUNKSİONALLIĞI


25.1. Şirkət Sistem üzərindən digər ödəniş xidməti təchizatçılarının göstərdiyi xidmətləri təqdim edə bilər.
25.2. İstifadəçilərə Sistemdən istifadənin stimullaşdırılması üçün hər hansı loyallıq proqramlarının (bonusların, keşbeklərin və s.) və ya kampaniyaların təşkili Şirkətin müstəsna səlahiyyətindədir və Şirkət həmin proqramları/kampaniyaları istənilən vaxt həyata keçirə və ya dayandıra bilər.
25.3. Şirkət Sistemdə olan hər hansı loyallıq proqramı və kampaniyalar barədə İstifadəçiyə bildiriş göndərir.

26. ELEKTRON VASİTƏLƏRLƏ YAZIŞMALAR VƏ MÜQAVİLƏLƏR


26.1. İstifadəçinin elektron vasitələrlə verdiyi və ya vermək niyyətində olduğu Şirkətin aldığı hər hansı yazışma və ya müqavilə, onun faktiki olaraq İstifadəçidən göndərilib-göndərilməməsindən asılı olmayaraq, müvafiq qaydada İstifadəçi tərəfindən səlahiyyətləndirilmiş və onun məsuliyyətində olan hesab olunur və İstifadəçi üçün məcburidir.
26.2. İstifadəçi razılaşır ki, elektron vasitələrlə çatdırılan, alınan və ya bağlanılan istənilən yazışma və ya müqavilə imzalanmış və/və ya çatdırılmış və mövcud qanunvericiliyə uyğun olaraq “yazılı sövdələşmə” hesab olunur. İstifadəçi həmçinin razılaşır ki, yazışma və ya müqavilə elektron vasitələrlə çatdırıldığına, alındığına və ya bağlandığına görə və eləcə də “yazılı” və ya imzalanmış olmadığına və ya əlbəəl çatdırılmadığına görə heç bir belə yazışma və ya müqavilə ilə bağlı mübahisə etməyəcək.
26.3. Bu Müqavilə məqsədləri üçün, “elektron vasitələr” termini kompyuter, telefon, mobil telefon, smartfon, İnternet, elektron poçt, rəqəmli assistent (PDA), faks və ya istənilən digər telekommunikasiya və ya elektron ötürmə metodu daxil olmaqla, Şirkətin vaxtaşırı icazə verə bildiyi istənilən kommunikasiya metodu deməkdir.

27. TƏHLÜKƏSİZLİK


27.1. İstifadəçi özünün Şifrəsini hər zaman tam məxfi saxlamalıdır. İstifadəçi heç kəsə öz Şifrəsini açıqlamalıdır. Əgər İstifadəçi öz Şifrəsinin kiməsə məlum olmasından şübhələnərsə və ya bu barədə xəbər tutarsa, İstifadəçi dərhal Şirkətə bu barədə məlumat verməlidir və dərhal Şifrəsini müvafiq qaydada dəyişməlidir. İstifadəçinin bu bənd üzrə öhdəlikləri aşağıda göstərilən istisnalardan asılıdır:
27.2. İstifadəçi Şifrəsi özünəməxsus və digər şəxslər tərəfindən asanlıqla tapıla bilməyən və ya əldə oluna bilməyən olmalıdır, o cümlədən: doğum tarixindən və ya İstifadəçinin öz və ya ailə üzvünün adından, İstifadəçinin telefon nömrəsindən və ya “1234” kimi ardıcıl rəqəmlərdən istifadə etməməlidir. Güclü şifrə ən azı 8 (səkkiz) işarədən ibarət olmalı, hərflərdən rəqəmlərdən və ya simvollardan istifadə etməlidir.
27.3. Xidmətlər üçün İstifadəçiyə məxsus məlumatların təhlükəsizliyi İstifadəçinin normal təhlükəsiz iş qaydalarına riayət olunmasından asılıdır. İstifadəçi razılaşır ki, Xidmətlər vasitəsilə əməliyyatlar həyata keçirərkən, İstifadəçi əməliyyat həyata keçirmək məqsədilə Xidmətlər vasitəsilə ötürülən məlumatlar daxil olmamaq şərtilə, hər hansı məxfi məlumatın kimsəyə açıqlanmamasının təmin olunması üçün bütün lazımı tədbirləri görür. Buraya o cümlədən aşağıdakılar daxildir: digər insanlar İstifadəçinin kompyuter ekranını və ya Elektron Daxilolma Cihazındakı klaviaturanı görməməlidir və İstifadəçinin zəngini eşitməməlidir.
27.4. İstifadəçi mövcud e-mail ünvanı və əlaqə nömrəsini dəyişmək istəyərsə, e-mail ünvanı və ya əlaqə nömrəsi məlumatlarından biri təsdiqli olmalı, və yalnız əlaqə vasitələrindən biri təsdiqli olduqdan sonra, “Tənzimləmələr” bölməsində "Redaktə et" düyməsi vasitəsilə e-mail ünvanı və ya əlaqə nömrəsini dəyişə bilər.
27.5. İstifadəçi Sistemdə mövcud olan e-mail ünvanı və ya əlaqə nömrəsini "Tənzimləmələr" bölməsinə daxil olaraq, “Təsdiqlə” düyməsi vasitəsilə təsdiqləyə bilər.

28. İSTİFADƏÇİNİN ONLAYN ƏMƏLİYYATLAR ÜZRƏ MƏLUMATLARININ TOPLANMASINA VƏ İSTİFADƏSİNƏ RAZILIQ


28.1. Şirkət “cookie” fayllarından və digər izlənmə texnologiyalarından istifadə etməklə İstifadəçinin onlayn əməliyyatlar və ya üçüncü tərəflərin internet saytlarında yerləşdirilən Şirkətin elanları üzrə məlumatları toplaya bilər və internet saytlarının təhlükəsizliyini təmin edə bilər.
28.2. İstifadəçinin onlayn əməliyyatları üzrə məlumat və Şirkətin İstifadəçi barədə malik olduğu digər məlumatlarla birgə Şirkətin onlayn reklam kampaniyalarının effektivliyini qiymətləndirmək, internet saytının funksionallığını barədə məlumat toplamaq, İstifadəçinin maraq və ehtiyaclarını anlamaq, İstifadəçini xüsusi onlayn təcrübə ilə təmin etmək və İstifadəçini maraqlandıra biləcək məhsullar və xidmətlər barədə İstifadəçini məlumatlandırmaq üçün istifadə oluna bilər.
28.3. Şirkət İstifadəçinin şəxsi məlumatını Azərbaycan Respublikasının şəxsi məlumatın qorunmasını təmin edən qanunlarına uyğun olaraq qəbul etməlidir, saxlamalıdır, istifadə etməlidir və pozmamalıdır.

29. ƏQLİ MÜLKİYYƏT


29.1. Başqa cür göstərilməmişsə, Xidmətlərə aid bütün mətnlər, şəkillər, illüstrasiyalar, proqram təminatı, HTML kodları, audio kliplər və video təsvirlər daxil olmaqla bütün əmtəə nişanları, loqolar və bütün işlər Şirkətin mülkiyyətidir, və şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hallar istisna olmaqla baxılma, çap edilmə və ya elektron surətlərinin arxivləşdirilməsi də daxil olmaqla, onlar bu Müqaviləyə və Şirkətin sonradan İstifadəçiyə verə biləcəyi göstərişlərə uyğun olaraq Şirkətin yazılı icazəsi olmadan heç bir halda nə bütövlüklə, nə də qismən yenidən düzəldilməməlidir, yüklənməməlidir, yerləşdirilməməlidir, ötürülməməlidir, paylaşdırmamalıdır və ya dəyişdirilməməlidir.

30. TƏTBİQ OLUNAN QANUNVERİCİLİK


30.1. Bu İstifadə Şərtlərində xüsusi olaraq qeyd olunmayan bütün məsələlər yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tənzimlənir. Xidmətlərə daxil olma və ya onlardan istifadə etmə və ya bu İstifadə Şərtləri ilə bağlı hər hansı mübahisələr yarandıqda, tərəflər belə mübahisələri danışıqlar yolu ilə həll olunması üçün əlindən gələni etməlidir.
30.2. Danışıqlar başlayan andan etibarən tərəflər mübahisələri 30 (otuz) gün ərzində həll etməzsə, istənilən tərəf belə mübahisələrlə bağlı müstəsna yurisdiksiyaya malik olan Azərbaycan Respublikasının məhkəmələrinə müraciət edə bilər.

Pulz tətbiqi üçün QR kod – tətbiqi yükləmək üçün skan et.

Pulz yüklə