PULZ NƏDİR?

Pulz - gündəlik maliyyə işlərini asanlaşdıran, ağıllı və təhlükəsiz e-cüzdan tətbiqidir.

Pulz vasitəsilə bütün bank kartlarını bir e-cüzdanda topla, ölkədaxili bütün kartlara və digər Pulz cüzdanlarına komissiyasız pul köçür, ödənişlərini onlayn et və avtomatlaşdır. Vəsaitin yetərsiz olarsa, onlayn kredit al! Xərclədikcə daha çox fürsət qazan! Sualın yaranarsa, müştəri dəstək komandamız hər zaman yanındadır. Pulz əməliyyatlarını sadəcə sürətləndirmir, eyni zamanda sənə maliyyə işlərində dəstək olan və tamamilə etibar edə biləcəyin, innovativ bir platformadır.

Pulz app
Goldenpay pulz logo

Pulz e-cüzdan tətbiqi Azərbaycanın ilk fintex şirkəti olan Goldenpay tərəfindən istifadəyə verilmişdir.

Goldenpay 18 illik fəaliyyəti dövründə yenilikçilik, təhlükəsizlik və etibarlılıq prinsiplərinə sadiq qalaraq artıq uzun müddətdir ki, müştərilərin güvəndiyi bir şirkətə çevrilib. Şirkət həmçinin Hesab.az onlayn ödəniş platforması, bizneslər üçün maliyyə həlləri və ekvayrinq xidmətləri ilə tanınır. Bu təcrübə və dəyərlərin əsasında yaradılmış Pulz, büdcəni idarə etməkdə sənin ən yaxın köməkçin olacaq.

Pulz tətbiqi üçün QR kod – tətbiqi yükləmək üçün skan et.

Pulz yüklə